FHN-in rəhbər heyəti Bərdə rayonundadır
19:31 28 Oktyabr 2020
FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır.
Femida.az -ın FHN-in saytına istinadən məlumat verir ki, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırki vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.
Qeyd olunub ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.
Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.
Oxunub: 524
Oxşar xəbərlər
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq əməkdaşı və FHN-in baş inspektoru dindirilib
- FHN-in sabiq şöbə müdiri məhkəmə zalında həbs edilib
- Prezident FHN-in əməkdaşlarını təltif etdi - SİYAHI
- FHN-in qüvvələri Türkiyədə yanğınlarla uğurlu mübarizəni davam etdirirlər
- Nazir müavini: "FHN-in 100 əməkdaşı meşə yanğınlarına görə Türkiyəyə göndərilir"
- FHN-in regional idarəsi yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirdi
- FHN-in Modul Tipli Hospitalının baş həkimi həbs edildi
- Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəlib