İkinci Qarabağ müharibəsinin ilk xanım şəhidi: Uşaqlarım sənə əmanət, ana...
10:27 30 Oktyabr 2020
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb.
Femida.az bildirir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib:
"Dedi ki, "ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o mənim başımın ucalığıdır".
Telefonda danışanda isə dedi ki, "ana narahat olma hər şey qaydasındadır. Tezliklə qələbə bizim olacaq, çünki ruh yüksəkliyi var. O qədər könüllü balalarımız, əsgərlərimiz var ki, canla başla döyüşürlər".
Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır:
"Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax".
Arəstənin qızı Zəhra isə anası ilə qürur duyduğunu deyib:
"Anam mənlə həmişə fəxr edirdi, mən də indi anamla fəxr edirəm ki, vətən uğrunda şəhid oldu".
Femida.az
Oxunub: 1860
Oxşar xəbərlər
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
- İkinci mərtəbədən yıxılan uşaq sağ qaldı
- İkinci ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR! - İmtahansız qəbul
- İkinci peykimizin buraxılışı təxirə salındı
- İkinci sınaq imtahanı keçiriləcək
- İkinci əl avtomobil alanlar, DİQQƏT - Bunları mütləq bilin!