Baş Prokurorluqdan Ohanyan AÇIQLAMASI
16:57 23 Noyabr 2020
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından olan general Seyran Ohanyanın axtarışa verilməsi ilə bağlı məlumata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.
Qeyd edək ki, Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluq Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.
Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib.
Femida.az
Oxunub: 694
Oxşar xəbərlər
- Seyran Ohanyan və həyat yoldaşının əmlaklarına həbs qoyulub
- İlham Əliyev: "Koçaryan, Sarkisyan, Ohanyan qaçıb gizləndilər"
- Ohanyan Qarabağdakı məğlubiyyətdən danışdı
- Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
- Azərbaycan Seyran Ohanyan barəsində axtarış elan etdi - SƏBƏB
- Seyran Ohanyan Qarabağ barəsində: "Oralarda erməni qalmayacaq"
- Seyran Ohanyan 2 milyon dollarlıq mənimsəmədə ittiham olunur
- Ermənistanın sabiq müdafiə nazirinə qarşı cinayət işi açıldı
- Ohanyan dindirildi
- “Apreldə “Ohanyan səddi”ni 8 ay xidmət keçən əsgərlərimizlə yardıq”