Göyçayda evdən çıxan koronavirus xəstəsi aşkarlandı


09:31     05 Dekabr 2020 2020/12/7E7ED4D2-44EF-4A04-B3FF-C2872674D0D7_1607146368.jpeg

Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az- a verilən məlumata görə, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 385