Müharibə dövründə ölən 94 mülki şəxsə şəhid statusu verildi
11:50 05 Dekabr 2020
Vətən müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunub.
Bu barədə Femida.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Vətən müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub.
Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.
Femida.az
Oxunub: 715
Oxşar xəbərlər
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- Müharibə başlayandan indiyədək 4,3 milyondan çox insan Ukraynanı tərk edib
- Müharibənin Ukraynaya vurduğu ziyan 100 milyard dolları ötüb
- Müharibədə Ermənistan yunan hakerlərdən dəstək alıb
- Müharibənin 43-cü günü: Əziz Şuşa, sən azadsan!
- Müharibənin 41-ci günü: Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb
- Müharibənin 36-cı günü: Erməni faşizminin belini qırırıq
- Müharibə veteranlarının reyestrinin yaradılması təsdiqləndi
- Müharibədən sonra azad edilən ərazilərdə 1560 erməni hərbçinin meyiti tapılıb
- Müharibə əlilləri ev alqı-satqısı zamanı rüsumdan azad edilir