Sərt karantində rayonlardan Bakıya gəlmək bu cür mümkün olacaq - QAYDA AÇIQLANDI


14:20     12 Dekabr 2020 2020/06/post-1592818552_1592819123.jpg

Dekabrın 14-də, saat 00:00-dan etibarən Azərbaycan ərazisində ciddi karantin rejimi tətbiq olunacaq, bir çox rayona giriş-çıxış bağlanacaq.

Sərtləşmiş karantin dövründə respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin Bakıya qayıtmaları necə olacaq?

DİN-in mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı qeydiyyatlı şəxslərin Bakıya qayıtmalarına icazə var:

“Respublikanın digər şəhər və rayonlarına getmiş Bakı şəhərində daimi qeydiyyatda olan şəxslər fərdi avtomobilləri ilə, avtomobili olmayanlar isə hər bir rayonun (şəhərin) hüdudunadək taksilərdən istifadə etməklə paytaxta qayıda bilərlər”.

Açar sözlər:

Oxunub: 724