Qarabağda 4800-dən çox partlayıcı zərərsizləşdirilib


09:48     14 Dekabr 2020 2020/12/6D22C745-39E2-4E6A-AD35-E3291B905B6F_1607925090.jpeg

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin hərbçiləri tərəfindən 4800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Rus sülhməramlıları Xankəndi hava limanında ərazinin mühəndis kəşfiyyatını və minalardan təmizlənməsini həyata keçirib. Partlayıcı maddələrin axtarışı ev sahələrində, yol hissələrində və hava limanına bitişik ərazilərdə aparılıb.

Gün ərzində 8 hektara yaxın ərazi, 7 km yol örtüyü təmizlənib, 50 bina yoxlanılıb, 51 partlayıcı maddə aşkar edilərək məhv edilmək üçün çıxarılıb.

Ümumilikdə, Dağlıq Qarabağdakı mühəndis bölmələri tərəfindən 155 hektardan çox ərazi, 38 km-dən çox yol, 375 yaşayış binası təmizlənib, 4811 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirilib.

Kəşf edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda gətirilərək burada məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları bütün lazımi təhlükəsizlik tədbirləri görülərək yerindəcə məhv edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 466