Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək


13:14     11 Fevral 2022 22_02_11_1644569992.jpg

“Vətən müharibəsində yaralanaraq əlil olan işçilərin attestasiya zamanı qiymətləndirilmə tələbindən azad olunması nəzərdə tutulub”.

Femida.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, eyni zamanda iş yerində baş verən bədbəxt hadisə nəticəsində xəsarət alaraq əlil olan şəxslərə ixtisar zamanı üstünlük verilir: “I və II qrup əlil şəxslər üçün qısaldmış iş vaxtı müəyyən olunub. Əlil şəxslər üçün əmək məzuniyyətinin verilməsi müddəti 42 gündən az deyil”.

Açar sözlər:

Oxunub: 561