Zəngilan və Qubadlı minalardan təmizlənir - FOTOLAR
09:18 22 Dekabr 2020
Dekabrın 15-dən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının mütəxəssisləri ilə birlikdə işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonları ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatlarına başlanılıb.
Bu barədə Femida.az-a ANAMA-dan bildirilib.
Qeyd edilir ki, 15-21 dekabr tarixlərində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 684 000 kv.m (68,4 ha) ərazi yoxlanılıb, 23 ədəd partlamamış hərbi sursat (PHS) və 42 ədəd 5.45 mm-lik patronlar aşkar edilərək götürülüb.
Zəngilan rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 349 000 kv.m (34,9 ha), Qubadlı rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı isə 335 000 kv.m (33,5 ha) yoxlanılıb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Zəngilanda 1 tondan çox çətənə məhv edilib
- Zəngilanda alternativ enerjinin istehsalı üçün süni göl yaradılır
- Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Zəngilanda zəlzələ olub
- Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib
- Zəngilanda silah-sursat aşkar edilib
- Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub- YENİLƏNİB(FOTOLAR)
- Zəngilanda Ərdoğanın qarşılanma mərasimi keçirilib - VİDEO