Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb


16:02     11 Mart 2022 22_03_11_1646998135.jpg

Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat aşkar edilib.

Tapılan 1 avtomat, 1 Faqot, 13 müxtəlif növ qumbara, 25 müxtəlif növ mərmi, 20 avtomat darağı, 4752 müxtəlif çaplı patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 480