Şəhidin ailəsinə Prezidentin aylıq təqaüdü təyin edilib
18:05 25 Dekabr 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Rahid Bəxtiyar oğlunun ailəsinə də müvafiq sosial dəstək işləri aparır.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlara Prezidentin aylıq təqaüdünün təyin edildiyini bildiriblər.
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alacaqları, pensiya təyin olunacağı halda uşaqların hər birinə aylıq müavinət də ödəniləcəyi bildirilib. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də məlumat verilib.
Şəhidin orta ixtisas təhsilli olan həyat yoldaşının işlə təmin olunması məsələsinin də diqqətdə saxlanacağı qeyd edilib.
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəhidin bacısı dəm qazından öldü
- Şəhidin adından saxta səhifə açıb pul istəyən tutuldu - VİDEO
- Şəhidin bank kartından pul oğurlayan tutuldu
- Şəhidin ölümündən sonra dünyaya gələn övladı doğum evindən evə buraxılıb
- Şəhidin xanımı Prezidentə və Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO
- Şəhidin medalı ailəsinə təqdim olunub