Karantində “xınayaxdı” keçirmək istədilər


11:13     26 Dekabr 2020 2020/12/4E48A84A-C2A1-4687-A355-406E86074CD9_1608966992.jpeg

Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejimi qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az -a verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərin qatıldığı məclisin keçirilməsinin qarşısı alınıb.

Məlum olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün “xınayaxdı” mərasimini qudası Fazil Mehdiyevin evində keçirib. Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir

Femida.az

Açar sözlər:

Oxunub: 278