Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir açıqlandı


16:34     01 Yanvar 2021 yeni_quyu_qazilir%20femida.jpg


2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan təbii qaz ixracından 2 milyard 178,4 milyon dollar həcmində gəlir əldə edib.

Bu dövr ərzində təbii qaz ixracından əldə edilən gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.

2020-ci ilin 11 ayı ərzində 12 milyard 278,9 milyon kubmetr qaz ixrac edilib. Bu,2019-cu ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində 2 milyard 78,7 milyon dollar dəyərində 10 milyard 464,9 həcmdə təbii qaz ixrac edilib. / oxu.az

Femida.az

Açar sözlər:

Oxunub: 424