34 yaşlı kişi başından güllələnərək öldürüldü
12:42 02 Yanvar 2021
31 dekabr 2020-ci il tarixdə gecə saat 05 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun 30.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə keçən gecə saat 02 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 396
Oxşar xəbərlər
- 344 min şagirdin təhsil aldığı məktəblər risk zonasında - NAZİR
- 34 cinayətin üstü “isti izlər”lə açılıb
- 345 maşın karantin postlarından geri qaytarıldı
- 3422 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 343 nəfər Azərbaycan vətəndaşlığına keçmək üçün and içib
- 34 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- 340 min manat oğurladı, mərc oyununda uduzdu
- 34 vergi işçisinin fəaliyyətinə xitam verildi - SƏBƏB
- 34 yaşlı məhkum edam edildi - İranda
- 34 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası