Daha iki cəbhəboyu rayonda əl qumbarası və aviabombalar aşkarlanıb
09:50 07 Yanvar 2021
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Femida.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi və Ağstafa rayon Polis Şöbələrinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu ərazisində 1 ədəd RQD-5 əl qumbarası və Ağstafa rayonu ərazisində 6 ədəd aviabomba (P-50) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının və aviabombanın ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxunub: 471
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Ukrayna Baş Qərargahı: "Rusiyanın daha 200 hərbçisi məhv edilib"
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb