Samuxda başkəsənlər tutuldu - YENİLƏNİB


17:41     20 Dekabr 2015 aabicaq255.jpg

Dekabrın 18-i axşam saatlarında Samux rayonunda törədilən qətlin üstü açılıb. Rayonun polis və prokurorluq əməkdaşlarının birgə keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 3 nəfərdən ibarət dəstə tərəfindən törədildiyi müəyyən edilib.


Samux Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti rayon sakinləri 28 yaşlı Pərviz Həsənov, 27 yaşlı Rəşad Nəsibov və 25 yaşlı Azad Günəşli qabaqcadan əlbir olaraq törədiblər. Polis hər üç şəxsi saxlayıb.

Saxlanılan şəxslər ilkin ifadələri zamanı cinayəti tamah məqsədi ilə törədiklərini, evdən xeyli miqdarda qızıl-zinət əşyaları götürdüklərini etiraf ediblər. Qiymətli əşyalar maddi-sübut kimi götürülərək istintaqa təhvil verilib.

Xatırladaq ki, Samux sakini 62 yaşlı Lütviyyə İsmayılovanın yaşadığı mənzildə meyiti tapılıb. Qarətçilər qadını əvvəlcə bıçaqla qətlə yetirib, sonra isə evə od vuraraq hadisə yerini tərk ediblər.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

***

Samux rayon sakini, 62 yaşlı Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanmış meyiti tapılıb.

Yanğınla bağlı FHN-in Samux Rayon Şöbəsinə müraciət edilib. Əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Əməliyyat zamanı FHN əməkdaşları evdə qadının başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədini aşkarlayıblar. İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb.

L.İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin versiyalara görə, cinayət qarət məqsədilə törədilib. Hazırda hadisənin kim, yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.

Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırırlar.

Açar sözlər:

Oxunub: 1332