Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir
20:22 22 Yanvar 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir.
Femida.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, yanvarın 12-dən başlayaraq, əvvəlcə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, sonrakı günlərdə digər bölgələr üzrə pensiyalar ödənilib: “Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Eyni zamanda, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərin bir qisminə yanvar ayının pensiyaları artıq ödənilib və bu istiqamət üzrə ödəniş yaxın günlərdə tam yekunlaşacaq”.
Femida.az
Oxunub: 870
Oxşar xəbərlər
- Yanvarda Azərbaycanda narkotiklərə görə saxlanılan xarici vətəndaşların sayı açıqlanıb
- Yanvar ayında vaksinasiya üçün onlayn növbə götürənlərin sayı açıqlanıb
- Yanvarın 6-7-də Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlanıb
- Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
- Yanvar-fevral aylarında 400-ə yaxın əcnəbi Azərbaycana köçüb
- Yanvarda koronavirusla mübarizə aparan tibb işçilərinə 30 milyon manata yaxın əlavə ödənilib
- Yanvarda Azərbaycan hansı ölkələrə neft ixrac edib? – SİYAHI
- Yanvar ayı üzrə sosial yardımlar ödənildi
- Yanvarın 18-dən vaksinasiya başlayır - RƏSMİ
- Yanvar ayı üzrə pensiyaların ödənişi başladı