Yanvarda Azərbaycanda narkotiklərə görə saxlanılan xarici vətəndaşların sayı açıqlanıb


17:04     25 Fevral 2022 22_02_25_1645794304.jpg

Сari ilin yanvar ayı ərzində Azərbaycanda narkotiklərə görə saxlanılan xarici vətəndaşların sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Femida.az-a bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 6-sı İran İslam Respublikası,1-i Türkiyə vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 87 kq 663,15 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

Açar sözlər:

Oxunub: 587