Yanvar ayında vaksinasiya üçün onlayn növbə götürənlərin sayı açıqlanıb


15:14     23 Fevral 2022 22_02_23_1645611307.jpg

Azərbaycanda yanvar ayı ərzində COVID-19 əleyhinə vaksinasiya üçün "randevu.its.gov.az" saytı vasitəsilə onlayn növbə götürənlərin sayı açıqlanıb.

ötən ay 615 801 nəfər onlayn növbə götürüb.

Onlardan 571 272 nəfər “BioNTech”/ "Pfizer", 43 529 nəfər "Coronavac", 1000 nəfər isə "Sputnik V" vaksini vurdurmaq üçün müraciət edib.

Qeyd edək ki, bir sıra hüuq-mühafizə orqanlarında əməkdaşların randevusuz vaksinasiyası təşkil olunur.

Açar sözlər:

Oxunub: 431