Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub
10:22 26 Yanvar 2021
2020-ci ilin IV rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i 733 zəng qəbul edib.
Bu barədə Femida.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Daxil olan zənglərin 359-u elektrik enerjisi təchizatı, 147-i qaz təchizatı, 43-ü sayğaclaşdırma, 30-u mərkəzi istilik sistemi, 117-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 36-nı təşəkkür xarakterli, 1-ni isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.
Ümumilikdə 2020-ci ildə isə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i 2 566 zəng qəbul edib. Bu zənglərin 1 468-i elektrik enerjisi təchizatı, 302-i qaz təchizatı, 180-i elektrik və qaz sayğaclarının quraşdırılması, 37-i mərkəzi istilik sistemi, 377-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 176-nı təşəkkür xarakterli, 26-nı isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.
Hesabat dövründə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) “974” “Çağrı mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı, www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.
Oxunub: 552
Oxşar xəbərlər
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib
- Energetika naziri “ACWA Power” şirkətinin rəhbəri ilə müzakirələr aparıb
- Energetika naziri Türk Şurasının Baş katibi ilə görüşüb
- Energetika Nazirliyi “YAŞAT” Fonduna ianə etdi
- Energetika Nazirliyinə yeni səlahiyyət verildi
- Energetika Nazirliyində inzibati xətalarla bağlı 272 işə baxılıb
- Energetika naziri Qazaxıstana səfər edəcək