Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
11:55 09 İyul 2022
İyulun 22-də energetika naziri Pərviz Şahbazov Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Femida.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Quba rayon Heydər Əliyev Mərkəzində (Ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.
Vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: [email protected] vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
Oxunub: 334
Oxşar xəbərlər
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib
- Energetika naziri “ACWA Power” şirkətinin rəhbəri ilə müzakirələr aparıb
- Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub
- Energetika naziri Türk Şurasının Baş katibi ilə görüşüb
- Energetika Nazirliyi “YAŞAT” Fonduna ianə etdi
- Energetika Nazirliyinə yeni səlahiyyət verildi
- Energetika Nazirliyində inzibati xətalarla bağlı 272 işə baxılıb
- Energetika naziri Qazaxıstana səfər edəcək