Qarabağda daha 8 erməni hərbçinin meyiti tapılıb


10:03     29 Yanvar 2021 2021/01/ermen-1611302418_1611900265.jpg

Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonu ərazisində ötən gün aparılan axtarış zamanı daha 8 erməni hərbçinin qalıqları tapılıb.


Femida.az xəbər verir ki, bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.

Axtarış işləri bu gün Xocavənd, Hadrut və Cəbrayıl ərazisində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 28-dək döyüş bölgəsindən 1 329 erməninin qalıqları aşkarlanıb. Onlardan 15-i mülki vətəndaşdır.

Femida.az

Açar sözlər:

Oxunub: 564