Xızı sakinində narkotik aşkarlanıb


11:28     30 Yanvar 2021 21_01_30_1611991702.jpg

Xızı sakinindən narkotik götürülüb.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Sitalçay kənd sakini Oqtay Nəcəfov kənd ərazisində tutulub.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı O.Nəcəfovdan sellofan torbada təmiz çəkisi 490 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı O.Nəcəfov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 592