Kafe-restoranlarda koronavirusdan necə qorunaq? - VİDEO


11:55     01 Fevral 2021 21_02_01_1612167860.jpg

Azərbaycan Respublikasının Qida Təhülkəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı həyata keçirdiyi maarifləndirmə işləri çərçivəsində yeni videoçarx hazırlayıb.

Bu barədə Femida.az-a AQTA-dan məlumat verilib.

Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Təqdim olunan videoçarxda sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməyə, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamağa dəvət olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.



Femida.az

Açar sözlər: #AQTA  

Oxunub: 582