İmtahan nəticələri haqda arayış almaq istəyənlərin nəzərinə


10:20     05 Fevral 2021 2019/02/telebe_teleb_1550218282.jpg

Dövlət İmtahan Mərkəzi ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib.

Femida.az xəbər verir ki, DİM tərəfindən 2013-cü ildən etibarən keçirilmiş buraxılış imtahanlarında iştirak edərək attestat əldə etmiş məzunlar buraxılış imtahanı nəticələri barədə arayışı Mərkəzə yaxınlaşmadan onlayn şəkildə aşağıdakı keçiddən istifadə etməklə əldə edə bilərlər:

http://eservices.dim.gov.az/sagird/indexsh.aspx

Arayışın kodunu aşağıdakı keçiddə müvafiq sahəyə daxil etməklə onun həqiqiliyini yoxlamaq olar:

http://eservices.dim.gov.az/sagird/indexkod.aspx


Femida.az

Açar sözlər:

Oxunub: 504