Diplomatik korpus təmsilçiləri Zəngilana gedib


18:35     06 Fevral 2021 21_02_06_1612623062.jpg


Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Cəbrayıl rayonundan sonra Zəngilana səfər ediblər.

Femida.az xəbər verir ki, səfərin məqsədi onların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdır.

Qeyd edək ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 585