Həftənin ilk gününün havası
12:35 07 Fevral 2021
Fevralın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-10, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Fevralın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Femida.az
Oxunub: 377
Oxşar xəbərlər
- Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
- Həftənin cinayət hadisələri - Baş Prokurorluq videoçarx hazırladı
- Həftənin son gününə olan hava proqnozu
- Həftənin ilk gününə olan hava proqnozu
- Həftənin son günü hava necə keçəcək? - Proqnoz
- Həftənin ilk iş gününün HAVAsı
- Həftənin son iş gününə manatın məzənnəsi
- Həftənin ilk iş günü üçün hava proqnozu
- Həftənin ilk gününə olan hava proqnozu
- Həftənin ilk günü hava necə olacaq? - Proqnoz