Ağstafada qanunsuz ov edən şəxslər saxlanılıb


15:08     18 Fevral 2021 2021/02/qanunsuz_ov_180221_1613646561.jpg

Ağstafa rayon ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini Tağı Kazımov və rayon sakini İsmandiyar Məmmədov Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Polis Şöbəsində onlardan bir ədəd “Dragon” və “İJ” markalı 12 kalibirli ov tüfəngləri və bir ədəd ovlanmış dovşan aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam edir.

Açar sözlər:

Oxunub: 367