Rəşad Nəbiyev qadınlar haqqında yazdı


18:49     08 Mart 2021 2021/03/ce2ccc72-4336-39df-b3b2-4ab107314123_850_1615215017.jpg

“Qadınların iqtisadi, ictimai və siyasi bərabərliyi sağlam cəmiyyətin, güclü dövlətin təməl sütunlarındandır”.

Femida.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu prinsipin dövlət siyasətimizin prioritetlərindən olması qürurverici haldır. Əziz xanımlar, Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, xoşbəxt və sağlam həyat arzu edirəm!”, - deyə nazir əlavə edib.

Açar sözlər:

Oxunub: 388