"Macarıstan tezliklə Azərbaycandan qaz almağa başlayacaq" - XİN başçısı


13:46     10 Mart 2021 2021/03/16153-1615369253_1615369646.jpg

Macarıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı olaraq qəbul etmişik. İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayış təmin olacaq. Əminik ki, vaxtilə torpaqlarından qovulmuş insanlar indi öz ata-baba torpaqlarına qayıdacaq və orada xoşbəxt yaşayacaqlar.

Femida.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 10-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Macarıstan şirkətlərinin Azərbaycanın apardığı bərpa-quruculuq işlərində köməyini əsirgəməyəcəyini bildirən Peter Siyarto qeyd edib: “Ölkəmiz tərəfindən həmin şirkətlər üçün kredit ayrılacaq. Macarıstan tezliklə Azərbaycandan qaz almağa başlayacaq və bunun üçün təhlükəsizlik mühüm şərtdir”.

Nazir bildirib ki, Cənub Qaz Dəhlizi bölgədə yeni reallıq yaradıb. Macarıstan bu ilin sonunda bu layihəyə qoşulacaq. Ölkənin qaz kəmərləri Serbiyanın boru kəmərləri sistemi ilə birləşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 337