İsrail hava məkanını İordaniya üçün bağlayıb
17:54 15 Mart 2021
İsrail ikitərəfli olaraq İordaniya üçün hava məkanını bağlayıb.
Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu sərəncam imzalayıb.
Qeyd edək ki, martın 11-də İsrailin baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri nəzərdə tutulmuşdu. Ancaq İordaniya hava məkanını bağladığından Netanyahunun səfəri təxirə salınıb.
Xatırladaq ki, İordaniya vəliəhdi şahzadə Hüseyn bin Abdullah martın 10-da Qüdsün şərqində yerləşən Məscidül Əqsanı ziyarət etmək istəyib. Ancaq İsrail təhlükəsizlik orqanları ilə İordaniyanın müvafiq qurumları arasında yaşanan anlaşılmazlıq səbəbindən vəliəhdin məscidi ziyarəti təxirə salınıb. Ona görə də İsrail baş nazirinin təyyarəsinə İordaniya səmasından uçmağa icazə verilməmişdi.
Oxunub: 395
Oxşar xəbərlər
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib