AQTA ay yarım ərzində 1 307 nöqsan aşkar edib


18:01     15 Mart 2021 2019/01/aqta_loqo_1547113326.jpg

1 fevral - 14 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 26 662 monitorinq həyata keçirib və 1 307 nöqsan aşkar edib.

Femida.az xəbər verir ki, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (28), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5) aşkar edilib.

Ən çox aşkar olunmuş nöqsanlar:

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 1110 (84 %);
- İctimai iaşə müəssisələrində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması – 138 (10%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 59 336 monitorinq həyata keçirilib və 3408 nöqsan aşkar edilib.

Açar sözlər:

Oxunub: 300