Şəhid övladları Türkiyəyə səfər ediblər
12:50 16 Mart 2021
"YAŞAT" Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları Türkiyə Respublikasına səfər ediblər.
Femida.az xəbər verir ki, səfərin məqsədi Ankara şəhərində 17-18 mart tarixində təşkil olunacaq "Övladlarımız Tək Ürək" 18 Mart şəhidlərini Anma və Çanakkale Dəniz Zəfərinın 106-cı ildönümünə həsr olunmuş Proqramında iştirakdır.
Proqram Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə reallaşdırılacaq. Proqramın məqsədi Çanakkale zəfərinin qürurunu yaşadan, Vətənin birliyi, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidləri anmaqdır. Tədbirə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhidlərin övladları dəvətlidirlər.
Tarixdə ilk dəfədir təşkil olunan bu cür Proqramda türk dövlətlərindən olan şəhidlərin övladları "tək ürək" adı altında bir araya gələcəklər. Bu isə öz növbəsində onların bir-birləri ilə kommunikasiya imkanlarını artırmağa, onlara mənəvi dəstəyi təmin etməyə imkan verəcək.
Proqram çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbrə ziyarətin, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyaların, o cümlədən sərgilərin və musiqili tədbirlərin təşkili nəzərdə tutulur.
Xatırladaq ki, 10-13 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Məhz şəhidlərimizin övladlarının müvafiq Proqramda iştirakı əməkdaşlıqla bağlı əldə olunmuş razılıq tədbirləri çərçivəsində baş tutacaq. Tədbirə Vətən müharibəsi şəhidlərimizin 17-22 yaş aralığında olan övladları qatılıblar.
Femida.az
Oxunub: 425
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
- Şəhid qızı məktəb direktoru təyin olunub
- Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib