Türkiyəli nazir işğaldan azad edilmiş ərazilərdə olub


18:58     18 Mart 2021 21_03_18_1616078696.jpg

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanda olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında bildirilib.

Türkiyəli nazir Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla birgə Cəbrayılda yem bitkisi toxumunun əkilməsində və Zəngilanın “Qardaşlıq Bağı”nda 5 hektarlıq ərazidə Türkiyədən gətirilən meyvə ağaclarının əkilməsində iştirak edib.

Açar sözlər:

Oxunub: 395