Türkiyəli nazir İlham Əliyevə: "Min ildən sonra da Sizin adınız tarixdə tərənnüm ediləcək"


13:12     27 May 2021 21_05_27_1622107717.jpg

"Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq".

Femida.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Ziya Selçuk mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik" - deyə türkiyəli nazir bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 353