Metronun açılması gözlənilmir - RƏSMİ


17:02     19 Mart 2021 metro7.jpg


Hazırda Bakı metrosunun fəaliyyətinin bərpası gözlənilmir.

Femida.az xəbər verir ki, bunu jurnaslitlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, bugünkü nəticələrə əsasən, hazırda metro açıla bilməz:

“İctimai nəqliyyatı ya tamamilə bağlamalı, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxara bilər. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Karantin rejiminin növbəti dəfə yumşalması zamanı metronun açılması gündəmə gələ bilər”.

Açar sözlər:

Oxunub: 487