Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib
18:59 19 Mart 2021
Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib.
Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
İşçi Qrupun rəhbəri, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ölkədə ekoloji mühitin qorunması, uzun illər ərzində yaranmış ekoloji problemlərin həlli, resurslardan səmərəli istifadənin təmin olunması və ekoloji təmiz texnologiyaların tətbiqi kimi mühüm vəzifələrin qarşıya qoyulduğu vurğulanıb.
İşçi Qrupun üzvlərinin təklifləri dinlənilib və qrupun fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Oxunub: 329
Oxşar xəbərlər
- Ekoloji ekspertizanı həyata keçirəcək komissiyanın səlahiyyətləri müəyyənləşib
- Ekoloji qanunvericiliyi pozan 868 nəfər cərimə olunub
- Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılır
- Ekoloji qiymətləndirmə sənədlərinə yalan məlumatlar daxil edənlər cərimələnəcək
- Ekoloji qanunvericiliyi pozan şirkət barədə Baş Prokurorluğa müraciət edildi
- Ekoloji pozuntular və cəzalar: 13 günlük statistika açıqlanıb