Təhsil işçilərinin 50 faizindən çoxu peyvənd olunub
19:56 29 Mart 2021
Ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib.
1 fevral-29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib.
Xatırladaq ki, məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir:
"Məlumat üçün bildiririk ki, martın 29-dan teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir. Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” xəstəliyindən qorunmağı bir daha tövsiyə edir".
Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.
Femida.az
Oxunub: 393
Oxşar xəbərlər
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Təhsil Nazirliyi “Omikron”a görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib
- Təhsil Nazirliyi məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlayıb
- Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb
- Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub
- Təhsil kreditinin verilməsinə başlanılır - Rəsmi
- Təhsil naziri Naxçıvana gedib
- Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb
- Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
- Təhsil müəssisələri bağlana bilər? - Nazir danışır