Tarif Şurası yuxarı həddi açıqladı


01:29     26 Dekabr 2015 94333EC5-90E2-4063-B780-A0556C2E41C3_w640_r1_s_cx6_cy8_cw86.jpg


Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən xəbərə görə, iclasda “28 May” metro stansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə ekspress avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1,30 manat müəyyən olunub.

Eyni zamanda, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə isə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi isə 49 manat səviyyəsində təsdiq edilib.

Açar sözlər:

Oxunub: 931