Tarif Şurasından dizelin qiyməti ilə bağlı – AÇIQLAMA
13:45 16 İyul 2017
Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.
Femida.az -ın məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib.
"Hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur".
O həmçinin qeyd edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib: "Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır, və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tariflərin dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi".
Oxunub: 1032
Oxşar xəbərlər
- Tarif Şurasına yeni səlahiyyət verildi
- Tarif Şurasından qaz pulu ilə bağlı açıqlama
- Tarif Şurası parkomatların qiymətinə baxacaqmı?
- Tarif Şurasının əsasnaməsində dəyişiklik edildi
- Tarif Şurasından yeni qərar
- Tarif Şurası işçilərinin sayını artırdı
- Tarif Şurasından benzinin qiyməti ilə bağlı AÇIQLAMA
- Tarif Şurası yuxarı həddi açıqladı
- Tarif Şurasından dərmanların qiyməti ilə bağlı açıqlama
- Tarif Şurası dərmanların qiymətini aşağı saldı