Tarif Şurasının əsasnaməsində dəyişiklik edildi


22:21     17 Mart 2016 ilham-eliyev9893.jpg

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Femida.az-ın məlumatına görə, əsasnamə”nin 1.1-ci bəndinə “dövlət tənzimlənməsi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla” sözləri əlavə edilib.

bundan başqa prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Ölkə başçısı “İcra haqqında” Qanunda edilmiş dəyişikliyin tətbiqi ilə əlaqədar əsasnamədə aşağıdakı dəyişikliyi edib:

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.6.1.6-cı yarımbəndinə “məhkəmə qərarı” sözlərindən sonra “, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı” sözləri əlavə edilsin.

Açar sözlər:

Oxunub: 1023