Böyük Britaniyada matəm elan olundu
18:11 09 Aprel 2021
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, şahzadə II Filippin bu gün 100 yaşında vəfat etməsilə bağlı ölkədə matəm elan edilib.
Femida.az xəbər verir ki, parlament üzvləri qara qalstuk və qara qol lentləri taxacaqlar.
Mərhumun dəfn edilməsi tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, şahzadə Filipp özünün dəfn mərasiminin planı üzərində uzun illər boyu çalışıb. İngiltərə krallıq qaydalarına görə çox ciddi əməl edilən kralın dəfn qaydalarından fərqli olaraq, şahzadələrin dəfni qaydaları nisbətən sərbəst olduğuna görə şahzadə Filipp də dövlət səviyyəsində mərasimdən imtina edərək sadə mərasim keçirilməsi qərarına gəlmişdi.
Belə ki, Vindzor qəsrindəki Müqəddəs Corc kilsəsində icra olunması nəzərdə tutulan cənazə ayininin sırf hərbi üslübda, yalnız qohumların və yaxın dostların iştirakı ilə keçiriləcəyi bildirilir.
Ölkədəki matəm 8 gün, ailənin matəmi 30 gün davam edəcək. Həmin müddət başa çatandan sonra kraliça II Elizabet öz səlahiyyətlərinin icrasına davam edəcək.
Oxunub: 991
Oxşar xəbərlər
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"
- Rusiya böyük itkilər verdi
- Böyük Britaniya Rusiyanın 3 aviaşirkətini sanksiyalar siyahısına daxil edib
- “Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək
- “Böyük Yeddilik” Ukraynaya 30 milyard avro ayıracaq
- Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
- “Böyük yeddilik” ölkələri Ukraynaya 24 milyard dollar ayırıb
- Böyük Britaniya Vahid Ələkbərova sanksiya tətbiq edib
- Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Brüssel görüşünü müzakirə edib