Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib


20:17     25 Aprel 2022 22_04_25_1650899887.jpg

Ferqus Old Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunub.

Bu barədə Femida.az Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Ferqus Oldun hazırkı səfir Ceyms Şarpı 2022-ci ilin avqust ayında əvəz edəcəyi bildirilir.

Xatırladaq ki, F.Old 2002-ci ildən 2005-ci ilədək Böyük Britaniyanın Banqkokdakı (Tailand) səfirliyində ikinci katib, 2008-2011-ci illərdə Nyu-Dehlidə (Hindistan) iqlim dəyişikliyi və energetika üzrə şöbənin müdiri, daha sonra iqlim dəyişikliyi məsələləri üzrə birinci katib, 2011-2014-cü illərdə isə Moskva şəhərində siyasi müşavir vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 317