Böyük Britaniya Rusiyanın 3 aviaşirkətini sanksiyalar siyahısına daxil edib


14:11     19 May 2022 22_05_19_1652957213.jpg

Böyük Britaniya “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” şirkətlərini sanksiyalar siyahısına daxil edib.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in açıqladığı sənəddə bildirilir.

Sanksiyalar sözügedən şirkətlərin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Əsas kimi XİN bu şirkətlərin strateji sektorda fəaliyyət göstərməklə Rusiya hökumətini dəstəkləməsini göstərib.

Açar sözlər:

Oxunub: 261