Evdən antik samovar oğurlayan şəxs tutuldu
10:10 17 Aprel 2021
Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.
Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 436
Oxşar xəbərlər
- Evdən kabel oğurlayanlar ələ keçdi - FOTO
- Evdən 35 minlik oğurluq edən qadın tutuldu
- Evdən 4 minlik oğurluq edildi
- Evdən gedib qayıtmayan kişi axtarılır - FOTO
- Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
- Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
- Evdən qaçan koronavirus xəstəsinə cinayət işi açılıb - Sumqayıtda
- Evdən çıxmaq istəyənlər belə icazə alacaq
- Evdən 14 min manatlıq oğurluq edildi
- Evdən külli miqdarda oğurluq edildi