Fransada təyyarə qəzası baş verib, ölənlər var


19:59     18 Aprel 2021 21_04_18_1618761075.jpg

Fransanın paytaxtı Paris şəhərinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Femida.az xəbər verir ki, bu barədə Frans Press Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə Sen-Patyu kommunasında baş verib.

Belə ki, təlimi uçuşu həyata keçirən təyyarə tarlaya düşüb. Nəticədə dörd nəfər həlak olub.

Hadisə yerində xilasetmə xidməti cəlb edilib. Polis faktla bağlı araşdırmaya başlayıb.

Açar sözlər:

Oxunub: 856