Qayda pozan 25 sürücü cərimələndi
10:21 23 Aprel 2021
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən 19 avtomobilin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib edilib.
Davam etdirilən tədbirlər zamanı digər qayda pozuntularına yol verən sürücülər də aşkar olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparıb, yol-hərəkət qaydaları bir daha onların diqqətinə çatdırılıb. Kobud qayda pozuntusuna yol vermiş 25 sürücü isə inzibati qaydada məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, Saatlı rayonu ərazisində tərtib edilən tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Oxunub: 390
Oxşar xəbərlər
- Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nəğd pula alıb-satmaq mümkün olmayacaq
- Qaydaları dəfələrlə pozan sürücülərə pis xəbər (VİDEO)
- Qayda pozan piyadalara qarşı nəzarət hansı formada təşkil olunacaq?
- Qaydaları pozan 11 abituriyentin nəticəsi LƏĞV OLUNDU
- Qayda pozan sürücülərin maşınları artıq bura gətiriləcək
- Qaydasız döyüşçü 17 yaşlı gənci idman fəndi ilə qətlə yetirdi - Lənkəranda
- Qaydaları pozan bu vəzifəli şəxslər cəzalandırılacaqlar
- Qaydanı pozan sürücü polisə şeir dedi - Video
- Qaydaları pozan 15 əcnəbi saxlanıldı - FOTO