Füzuli Diaqnostika Mərkəzinin direktoru saxlanılmayıb - AÇIQLAMA


23:24     22 May 2021 2021/05/dia_1621719573.jpg

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Füzuli Müalicə Diaqnostika Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Femida.az-a verilən məlumata görə yayılanlar həqiqəti əks etdirmir:

"Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru saxlanılıb iddiası tamamilə yalnış məlumatdır. Direktor Şaiq Şükürov öz işinin başındadır.Yayılan iddiaların heç biri həqiqəti əks etdirmir. Sonda bütün Kütləvi İnformasiya Vasitələrini, bloggerləri və digər insanları belə həssas mövzularda daha məsuliyyətli olmağa dəvət edirik".

Femida.az

Açar sözlər: #Füzuli   #diaqnostika   #direktor  

Oxunub: 1853