Çində ultramarafon zamanı 21 nəfər donaraq ölüb


11:26     23 May 2021 2021/05/a93a8171-e00a-3f21-9ea5-26d188235ea8_850_1621751339.jpg

Çinin Qansu əyalətində 100 km-lik ultramarafon zamanı 21 idmançı donaraq ölüb.

Femida.az -ın məlumatına görə, yüksək dağlıq əraziyə marafon mayın 22-də səhər vaxtı günəşli havada start götürüb. Lakin yerli vaxtla saat 13:00-da hava şəraiti kəskin dəyişib, buz yağışı, dolu və qasırğa küləyi başlayıb.

Temperatur kəskin aşağı düşdükdə qaçışçıların bəziləri havaların soyuduğu barədə məlumat verib, digərləri isə itkin düşüblər. Təşkilatçılar yarışı ləğv ediblər və çətin əraziyə hərtərəfli axtarışlardan ötrü 1 200 nəfərlik axtarış qrupu ayırıblar. Axtarış işləri hətta qaranlıq düşdükdən sonra da davam edib.

172 iştirakçıdan 151-i sağ qalıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib. 21 nəfər isə ölü halda tapılıb.

Qeyd edək ki, ölənlər arasında iki milli rekordun sahibi Lyan Tszin də olub. O, 2014-cü ildə 149,51 km, 2018-ci ildə isə 151,2 km məsafəni qət edərək, ölkə səviyyəsində ən yüksək nailiyyətə imza atıb.

Açar sözlər:

Oxunub: 866