Enerji içkiləri bazarında qanunvericiliyinin pozulmasına dair iş qaldırılıb
10:25 23 İyun 2021
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmaları davam etdirir.
Araşdırmaların ilkin nəticələrinə görə, “Avrora” MMC-nin istehsal etdiyi “BİZON energy” markalı spirtsiz içkilərin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
İstehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 571
Oxşar xəbərlər
- Enerji içkisi olmayan suları bu adla satan obyekt sahibləri cəzalandırılıb
- Enerji Məsələləri Dövlət Agentliyi 325 vətəndaşın müraciətinə baxıb
- Enerji içkilərinə spirt qatılması qadağan olunur - RƏSMİ
- Enerji sahəsində əməkdaşlığı müzakirə olunub
- Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
- Enerji içkiləri bu səbəblərə görə faydalı hesab olunur
- Enerji içkiləri ilə bağlı qaydalar müəyyənləşdi
- Enerji içkisindən öldüyü deyilən qız Bülbülün nəticəsi imiş
- Enerji bazarı ilə bağlı seminar keçirilir